RU

Tramp: "Rusiyanın Ukrayna münaqişəsində qələbəsi sadəcə vaxt məsələsidir"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiyanın Ukraynadakı münaqişədə qələbəsi sadəcə vaxt məsələsidir.

 

Bu barədə "Politico" qəzeti Ağ Evdəki mənbələrə istinadən məlumat verib.

 

"Prezidentin nöqteyi-nəzəri ondan ibarətdir ki, Rusiya qalib gələcək - məsələ bunun nə qədər vaxt aparacağındadır", - nəşrin həmsöhbətlərindən biri bildirib.

 

Eyni zamanda daha iki yüksəkrütbəli məmur iddia edir ki, Tramp Moskvanın laqeydliyi səbəbindən bir gün əvvəl Rusiyaya qarşı yeni tədbirlər elan edib.

 

Xatırladaq ki, dünən Ağ Ev rəhbəri Rusiyanı yaxın 50 gün ərzində Ukrayna ilə bağlı razılaşmalar əldə olunmayacağı təqdirdə onun mallarına yüksək rüsumlar tətbiq edəcəyi ilə hədələyib.

 

O, həmçinin bildirib ki, NATO üzvləri ABŞ silahlarını sonradan Ukraynaya ötürmək üçün milyardlarla dollara alacaqlar.

 

Trampın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə 17 "Patriot" hava hücumundan müdafiə sistemi göndəriləcək.

Избранный
53
49
senzor.az

10Источники