Bakı. Trend:
NATO ilə silah müqaviləsi çərçivəsində Ukraynaya "Patriot" havahücumundan müdafiə raket sistemlərinin ilk tədarükü artıqbaşlayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Trampbildirib.
"Onlar artıq tədarük edilir. Onlar Almaniya tərəfindən təminedilir və sonra Almaniya tərəfindən əvəz olunur. Və bütün hallardaABŞ ödənişləri tam şəkildə alır", - deyə o qeyd edib.
Bundan əvvəl NATO ölkələri Ukraynanı öz arsenallarındansilahlarla təmin edəcək və ehtiyatlarını artırmaq üçün ABŞ ilə yenitədarüklər üçün müqavilələr bağlayacaq.