RU

Usman Dembele “Qızıl top” üçün əsas namizəddir

Bakı. Trend:

PSJ-nin və Fransa millisinin hücumçusu Usman Dembele, “BleacherReport” nəşrinin versiyasına əsasən, 2025-ci ildə “Qızıl top”mükafatına əsas namizəd göstərilib.

Trend-inməlumatına görə, idman nəşri ilin ən yaxşı futbolçusu mükafatınaiddialı olan oyunçuların son reytinq versiyasını təqdim edib.

Siyahının ilk pilləsində Usman Dembele qərarlaşıb. İkinci yeri“Barselona”nın braziliyalı yarımmüdafiəçisi Rafinya, üçüncü yeriisə katalon klubunun gənc ulduzu Lamin Yamal tutur.

Reytinqin ilk onluğunda PSJ-nin 6 futbolçusu yer alıb:

4-cü yer – Aşraf Hakimi

6-cı – Vitinya

7-ci – Xviça Kvaratsxeliya

8-ci – Fabian Ruiz

9-cu – Nunu Mendeş

Bu reytinq futbolçuların son mövsümdəki çıxışları, statistikgöstəriciləri və turnirlərdəki uğurlar əsasında hazırlanıb.

Избранный
26
1
az.trend.az

2Источники