AZ

O, “Qızıl top” üçün əsas namizəddir

Yazını böyüt
Yazını kiçilt

PSJ-nin və Fransa millisinin hücumçusu Usman Dembele, “Bleacher Report” nəşrinin versiyasına əsasən, 2025-ci ildə “Qızıl top” mükafatına əsas namizəd göstərilib.

Hafta.az xəbər verir ki, idman nəşri ilin ən yaxşı futbolçusu mükafatına iddialı olan oyunçuların son reytinq versiyasını təqdim edib.

Siyahının ilk pilləsində Usman Dembele qərarlaşıb. İkinci yeri “Barselona”nın braziliyalı yarımmüdafiəçisi Rafinya, üçüncü yeri isə katalon klubunun gənc ulduzu Lamin Yamal tutur.

Reytinqin ilk onluğunda PSJ-nin 6 futbolçusu yer alıb:

4-cü yer – Aşraf Hakimi

6-cı – Vitinya

7-ci – Xviça Kvaratsxeliya

8-ci – Fabian Ruiz

9-cu – Nunu Mendeş

Bu reytinq futbolçuların son mövsümdəki çıxışları, statistik göstəriciləri və turnirlərdəki uğurlar əsasında hazırlanıb.

Seçilən
0
1
hafta.az

2Mənbələr