Bank “BTB” ASC-də əhalinin əmanətləri kəskin azalıb, maliyyə qurumunun zərəri artıb.
Teleqraf bankın ilin birinci yarısı üzrə hesabatında istinadən xəbər verir ki, bankda müştərilərin tələbli depozitləri ötən ilin sonundakı 12 milyon 598 minj manatdan cari ilin iyul ayının 1-nə 7 milyon 965 min manata düşüb. Bu da 36,77% azalma deməkdir.
Bank ilin birinci yarısını zərərlə başa vurub. Bankın zərəri 1 milyon 699 min manata yüksəlib. Qeyd edək ki, bank 2024-cü ilin 839 min manat zərərlə başa vurmuşdu. 2024-cü ilin ikinci rübündə isə 226 min mənfəət əldə etmişdi.
“BTB” ASC-nin əməliyyat mənfəətiötən ilin sonundakı 5 milyon 270 min manatdan bu ilin iyul ayının 1-nə2 milyon 546 min manata düşüb.
Bankın kapitalı 2025-ci ilin əvvəli ilə müqayisədə 1 milyon 719 min manat azalaraq 51 milyon 470 min manatdan 49 milyon 750 min manata düşüb.