AZ

Bank “BTB”nin kapitalı 1,7 milyon manat azaldı

Bank “BTB” ASC-də əhalinin əmanətləri kəskin azalıb, maliyyə qurumunun zərəri artıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə bankın ilin birinci yarısı üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, bankda müştərilərin tələbli depozitləri ötən ilin sonundakı 12 milyon 598 min manatdan cari ilin iyul ayının 1-nə 7 milyon 965 min manata düşüb. Bu da 36,77% azalma deməkdir.

Bank ilin birinci yarısını zərərlə başa vurub. Bankın zərəri 1 milyon 699 min manata yüksəlib. Qeyd edək ki, bank 2024-cü ilin 839 min manat zərərlə başa vurmuşdu. 2024-cü ilin ikinci rübündə isə 226 min mənfəət əldə etmişdi.

“BTB” ASC-nin əməliyyat mənfəəti ötən ilin sonundakı 5 milyon 270 min manatdan bu ilin iyul ayının 1-nə 2 milyon 546 min manata düşüb.

Bankın kapitalı 2025-ci ilin əvvəli ilə müqayisədə 1 milyon 719 min manat azalaraq 51 milyon 470 min manatdan 49 milyon 750 min manata düşüb.

Seçilən
15
3
axar.az

4Mənbələr