Bank “BTB” ASC-də əhalinin əmanətləri kəskin azalıb, maliyyə qurumunun zərəri artıb.
Referans Teleqraf-a istinadən xəbər verir ki, bankın ilin birinci yarısı üzrə hesabatına istinadən xəbər verir ki, bankda müştərilərin tələbli depozitləri ötən ilin sonundakı 12 milyon 598 min manatdan cari ilin iyul ayının 1-nə 7 milyon 965 min manata düşüb. Bu da 36,77% azalma deməkdir.
Bank ilin birinci yarısını zərərlə başa vurub. Bankın zərəri 1 milyon 699 min manata yüksəlib. Qeyd edək ki, bank 2024-cü ilin 839 min manat zərərlə başa vurmuşdu. 2024-cü ilin ikinci rübündə isə 226 min mənfəət əldə etmişdi.
“BTB” ASC-nin əməliyyat mənfəəti ötən ilin sonundakı 5 milyon 270 min manatdan bu ilin iyul ayının 1-nə 2 milyon 546 min manata düşüb.
Bankın kapitalı 2025-ci ilin əvvəli ilə müqayisədə 1 milyon 719 min manat azalaraq 51 milyon 470 min manatdan 49 milyon 750 min manata düşüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta