RU

İmişlidə yeniyetmə Araz çayında batıb

İmişlidə Araz çayının Göbəktala kəndindən keçən hissəsində 17 yaşlı şəxs batıb.

AzEdu.az xəbər verir ki, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Süleyman Cahangirli Araz çayında boğulub.

S.Cahangirlinin axtarışı üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

İlkin məlumata görə, Süleyman çayda üç nəfər ilə birgə çimirmiş. Onlardan ikisi sudan çıxsa da, Süleyman çayda boğulub.

Избранный
121
11
azedu.az

10Источники