AZ

İşğaldan azad olunmuş ərazilərə bu il nə qədər vəsait xərclənib? - RƏSMİ AÇIQLAMA

Gəncədə 41 yaşlı qadın bıçaqlanıb. Avtosfer.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü F.İbrahimova döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

***

22.07.2025-ci il tarixində saat 02:30 radələrində 1984-cü il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub. Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.  Bildirilib ki, ona döş qəfəsinin daxilə keçmiş kəsilmiş, deşilmiş yarası, ağciyərin zədələnməsi diaqnozları təyin olunub. Vəziyyəti orta ağır olan pasiyentin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Seçilən
5
1
avtosfer.az

10Mənbələr