RU

"Çelsi" ikiqat dünya çempionu oldu

BAKI. 14 iyul. TELEQRAF

ABŞ-da təşkil olunan futbol üzrə klublararası dünya çempionatında final oyunu keçirilib.

Teleqraf xəbər verir ki, həlledici görüşdə İngiltərənin "Çelsi" və Fransanın PSJ komandaları üz-üzə gəlib.

İst Raterford şəhərindəki "Metlayf" stadionunda keçirilmiş matç PSJ-nin qələbəsi ilə yekunlaşıb - 3:0.

İrandan olan referi Alireza Fəqaninin idarə etdiyi qarşılaşmada bütün qollar birinci hissədə vurulub. İlk iki qolu 22-ci və 30-cu dəqiqələrdə Koul Palmer aktivinə yazdırıb. Sonuncu topun müəllifi isə 43-cü dəqiqədə Joau Pedro olub.

Fasilədən sonra PSJ fərqi aradan qaldırmaq əvəzinə 84-cü dəqiqədə azlıqda qalıb. Juan Neveş kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.

Beləliklə, "Çelsi" tarixində ikinci dəfə klublararası dünya çempionatının qalibi olub. "Zadəganlar" ilk dəfə 2021-ci ildə bu titula sahib çıxıblar.

Qeyd edək ki, 2024/2025 mövsümündə PSJ UEFA Çempionlar Liqasını, "Çelsi" isə Konfrans Liqasını qazanıb.

Избранный
75
50
teleqraf.com

10Источники