Canni İnfantino klublararası dünya çempionatının nəticələrinə yekun vurub.
Publika.az bildirir ki, turnirin final matçında ” Çelsi ” PSJ ilə qarşılaşacaq . Oyun bu gün, iyulun 13-də baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Klubların razı qaldığını açıq şəkildə gördük. Müxtəlif fikirlərə hörmətlə yanaşıram. Hətta onları qəbul edirik. Amma prezident kimi FİFA-nın etdiklərini müdafiə edirəm.
İki milyard dollardan çox qazandıq – bu, hər matç üçün 31 milyon dollardır. Heç bir turnir buna yaxın deyil. Bu, böyük uğurdur”, – FİFA prezidenti bildirib.