RU

Gəncə-Göygöl yolunda zəncirvari qəza - Yaralılar var-Yenilənib

Gəncə-Göygöl avtomobil yolunda zəncirvari yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Aydın Nəbiyev küçəsi ilə N.Nərimanov prospektinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində “VAZ2107”, “VAZ21015” və “BYD” avtomobillər toqquşub.

Nəticədə üç nəfər xəsarət alıb.

Məlumat üçün bildirək ki, sözügedən avtomobil yolu Göyöl Milli Parkına aparır.

***

Xəsarət alanlar “VAZ 21015” markalı avtomobildə olan şəxslərdir.

Qəza zamanı sözügedən avtomobilin sürücüsü Samir Alıyev və onun avtomobilində olan sərnişinlər xəsarət alıb.

Məlumat üçün bildirək ki, qəza zamanı “VAZ2107” markalı avtomobili Əbutalib Abdullayev “BYD” markalı maşını isə Elnarə Hüseynova idarə edib.

Yunis Quliyev




Избранный
29
2
qafqazinfo.az

10Источники