Gəncədə zəncirvari qəza baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə şəhərinin Nərimanov prospektində qeydə alınıb.
Əbutalib Abdullayevin idarə etdiyi "VAZ-2107", Samir Alıyevin idarə etdiyi "VAZ-21015" və Elnarə Hüseynovanın idarə etdiyi "BYD" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində "VAZ 21015"in sürücüsü və sərnişinləri xəsarət alıblar. Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta