Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Modern.az xəbər verir ki, qəza şəhərin Gülüstan qəsəbəsi ərazisində baş verib.
Hərəkətdə olan VAZ-2111, VAZ-2107 və KIA markalı minik avtomobilləri toqquşublar.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.