FIFA prezidenti Cianni İnfantino ilk dəfə yeni formatda keçirilən klublararası dünya çempionatından qazanılan məbləğini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, o, yarışı ən uğurlu klub turniri hesab edib.
"Kublararası dünya çempionatından 2 milyard ABŞ dollarından çox gəlir əldə etmişik. Bu, hər oyun üçün təxminən 31 milyon dollar edir. Heç bir başqa klub turnirində belə gəlir yoxdur", - deyə C.İnfantino vurğulayıb.
Qeyd edək ki, yarış ilk dəfə 32 komanda arasında 8 qrup keçirilib. ABŞ-da təşkil olunan və təxminən bir ay davam edən turnirin qalibi sabah PSJ - "Çelsi" matçında müəyyənləşəcək.