RU

"Zirə" İordaniya komandasını yendi

Hazırlıqlarını Türkiyədə davam etdirən "Zirə" bu gün növbəti yoxlama matçını keçirib.

Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda İordaniyanın “Əl-Hüseyn” klubu ilə qüvvəsini sınayıb.

Fanatik Tur Meydançalarında baş tutan qarşılaşma "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 45-ci dəqiqədə Brahim Konate vurub.

Qəsəbə təmsilçisi daha öncə Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən üstün olub - 2:1.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Избранный
19
22
fanat.az

10Источники