Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
Hazırlıqlarını Türkiyədə davam etdirən "Zirə" bu gün növbəti yoxlama matçını keçirib.
Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda İordaniyanın “Əl-Hüseyn” klubu ilə qüvvəsini sınayıb.
Fanatik Tur Meydançalarında baş tutan qarşılaşma "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 45-ci dəqiqədə Brahim Konate vurub.
Qəsəbə təmsilçisi daha öncə Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən üstün olub - 2:1.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.