Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Zirə” bu gün növbəti yoxlama matçını keçirib.
Viral.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda İordaniyanın “Əl-Hüseyn” klubu ilə qüvvəsini sınayıb.
Fanatik Tur Meydançalarında baş tutan qarşılaşmada “Zirə” rəqibini məğlub edib -1:0.
Son Yazılar:
- “Zirə” növbəti yoxlama matçını keçirdi
- Nazirlərin adından yayılan xəbərlər “deep fake”dir
- İsrail Livanın cənubuna dəqiq zərbə ENDİRDİ
Yeganə qolu 45-ci dəqiqədə Brahim Konate vurub.
Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən üstün olub – 2:1.
Qeyd edək ki, “Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk”la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.