RU

Gəncədə bıçaqlanan yeniyetmənin vəziyyəti açıqlandı

Gəncədə bıçaqlanan yeniyetmənin vəziyyəti açıqlanıb.
 
Bu gün saat 13 radələrində 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeniyetməyə bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
 
16:12
 
Gəncə şəhərində məktəbli oğlan bıçaqlanıb.
 
Oxu.Az-ın məlumatına görə, Gəncə şəhər sakini, 2011-ci il təvəllüdlü M.Yusufzadə küçədə bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub.
 
İlkin araşdırmalarla M.Yusufzadənin həmyaşıdı tərəfindən bıçaqlandığı bildirilir.
 
M.Yusufzadə orta məktəbin 9-cu sinif şagirdidir.
 
Faktla bağlı araşdırma aparılır.
Избранный
19
1
moderator.az

2Источники