RU

Bakıda daha 10 kq narkotik dövriyyədən çıxarıldı -VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi  əməkdaşlarının növbəti əməliyyatı zamanı Bakıda daha 10 kq narkotik dövriyyədən çıxarılıb.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Sabunçu rayonunda keçirilən əməliyyat zamanı 1986-cı il təvəllüdlü Emin Səmədov tutulub. Ondan 10 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

 

E Səmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
15
20
senzor.az

10Источники