Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının növbəti əməliyyatı zamanı Bakıda daha 10 kq narkotik dövriyyədən çıxarılıb.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Sabunçu rayonunda keçirilən əməliyyat zamanı 1986-cı il təvəllüdlü Emin Səmədov tutulub. Ondan 10 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
E Səmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.