AZ

DİN əməliyyat keçirdi, 10 kiloqram narkotik aşkar olundu

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.

Nazirlikdən Publika.az-a verilən xəbərə görə, Sabunçu rayonunda keçirilən növbəti əməliyyat zamanı 1986-cı il təvəllüdlü Emin Səmədov tutulub.

Ondan 10 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

E Səmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
15
4
publika.az

10Mənbələr