“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi portuqaliyalı futbolçu Ricardo Apolinarionu heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə ikiillik (1+1) müqavilə imzalanıb.
Xatırladaq ki, Ricardo son olaraq Portuqaliyanın “Uniao Santarem” klubunda çıxış edib.