“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Operativ Media xəbər verir ki, "şirlər" portuqaliyalı futbolçu Ricardo Apolinarionu heyətinə qatıb.
26 yaşlı yarımmüdafiəçi ilə ikiillik (1+1) müqavilə imzalanıb.
Xatırladaq ki, Ricardo son olaraq Portuqaliyanın “Uniao Santarem” klubunda çıxış edib.