
Rusiyanın Krakovdakı Baş Konsulluğunun bağlanmasına cavab olaraq Rusiya Polşanın Kalininqraddakı Baş Konsulluğunu avqustun 29-dan etibarən bağlayır.
Reyting.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilir ki, iyulun 11-də Polşanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona nota verilib ki, Polşa hakimiyyətinin Rusiyanın Krakovdakı Baş Konsulluğunun 2025-ci il iyunun 30-dan fəaliyyətinə razılığını geri götürməsinə cavab olaraq Rusiya tərəfi Polşanın Kalininqraddakı Baş Konsulluğu üçün verdiyi razılığı avqustun 29-dan geri götürür.
Rusiya Xarici İşlər Nazirliyi bu addımın “Polşa tərəfinin uzaqgörən bəhanə ilə Polşa Respublikası ərazisində Rusiya konsulluğunun mövcudluğunun azaldılması ilə ifadə olunan əsassız və düşməncəsinə hərəkətləri” ilə bağlı olduğunu vurğulayıb.
E. KAMAL