AZ

Rusiya Polşanın Kalininqraddakı konsulluğunu bağlayır

ain.az, Apa.az saytına istinadən bildirir.

Rusiya Polşanın Kalininqraddakı konsulluğunu bağlayır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Moskva Polşanın Krakovdakı Rusiya Baş Konsulluğunu bağımasına cavab olaraq Kalininqraddakı Polşa konsulluğunu bağlayır.

Qeyd olunub ki, iyulun 11-də Polşanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota verilib. Notada bildirilib ki, Polşa hakimiyyətinin 30 iyun 2025-ci il tarixindən Krakovdakı Rusiya Baş Konsulluğunun fəaliyyəti ilə bağlı verdiyi razılığı geri götürməsinə cavab olaraq, Rusiya tərəfi Polşanın Kalininqraddakı Baş Konsulluğunun fəaliyyəti üçün verdiyi razılığı 2025-ci il avqustun 29-da geri götürür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
4
apa.az

6Mənbələr