BAKI, 11 iyul. TELEQRAF
Paris məhkəməsiFransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulduğunu iddia edən jurnalist Natacha Reyə bəraət verib.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistin vəkili Fransua Danqleanöz X hesabında bildirib.
"Nataşa Rey Briciti və qardaşı Jan-Mişel Tronyeni məğlub etdi, apellyasiya məhkəməsi Bricit və Jan-Mişel Tronyeni dələduzluqda məhkəməyə verməyi planlaşdıran Nataşa Reyə bəraət qazandırdı", - o, yazdı.
2024-cü il sentyabrın 12-də Paris məhkəməsi iki fransız qadını Fransa prezidenti Makronun həyat yoldaşı Bricitin kişi doğulduğuna dair böhtan xarakterli şayiələr yaydıqlarına görə ümumilikdə 13500 avro məbləğində cərimələyib.