BAKI, 21 iyul. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron (19%) və Baş nazir Fransua Bayrunun (18%) bəyənmə reytinqi Beşinci Respublika tarixində ən aşağı həddə düşüb.
Teleqraf xəbər verir ki, "Journal du Dimanche"Ifop sorğusunun nəticələrinəəsasən belə yazıb.
Tandeminümumi balı 37 bal təşkil edib ki, bu da 2014-cü ildə Fransua Olland və Manuel Valsın nəticələrindən (51 bal) aşağıdır.
Makronun reytinqi2022-ci ildən bu yana 12 bal itirərək 49%-ə düşüb.
Tədqiqatın müəllifləri qeyd edirlər: "Makron - reytinqi 20%-dən aşağı düşmüş ilk prezident kimi tarixə düşüb".