ain.az, Metbuat portalına istinadən məlumat yayır.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk klubun transfer planları ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, o, Osimhen, Hakan Çalhanoğlu və Leroy Sane ilə maraqlandıqlarını təsdiqləyib.
Burukun sözlərinə görə, Osimhen transferi üzərində iş aparılır və futbolçunun özü də "Qalatasaray"a keçməyə müsbət yanaşır. Hakan Çalhanoğlu və Leroy Sane ilə bağlı isə hələ konkret razılıq əldə olunmayıb.
Baş məşqçi Çempionlar Liqasına uyğun güclü heyət qurmaq istədiklərini və Avropadan bir neçə ulduz futbolçunu transfer etməyə çalışdıqlarını da qeyd edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.