Səudiyyə Ərəbistanın "Əl-Hilal" klubu "Nyukasl"ın hücumçusu Aleksandr İsakı transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, isveçli futbolçu S. Ərəbistan təmsilçisi ilə danışıqlara başlayıb.
Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
"Əl-Hilal" bu transfer dönəminin əvvəlindən hücumçu axtarışındadır. Onlar Viktor Osimhen və Viktor Dyökereşlə maraqlansa da, hər iki futbolçu bu təklifi qəbul etməmişdi.
İsak "Nyukasl"da 109 oyunda 62 qol vurub. "Sağsağanlar" onun üçün 150 milyon avro tələb edir.