RU

Yun Sok Yol ikinci dəfə həbs olundu

Keçmiş Cənubi Koreya Prezidenti Yun Sok Yol elan etdiyi hərbi vəziyyətlə bağlı aparılan istintaq çərçivəsində ikinci dəfə həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb.

Seul Mərkəzi Rayon Məhkəməsi xüsusi prokuror Ço Eun-sukun vəsatəti əsasında Yuna qarşı yeni həbs qərarı çıxarıb. Məhkəmə qərarında göstərilib ki, Yunun sübutları saxtalaşdırmaq və istintaqa mane olmaq ehtimalı var. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, prezident səlahiyyətlərini qanunsuz tətbiq etmə və rəsmi sənədlərdə saxtakarlıqda ittiham olunur.

Xatırladaq ki, Yun Sok Yol bu ilin əvvəlində də həbs olunmuş, lakin mart ayında məhkəmənin qərarı ilə azadlığa buraxılmışdı.

Избранный
26
2
axar.az

3Источники