Aktual.az xəbər verir ki, bu barədə "Haber Qlobal” məlumat yayıb.
Seul Mərkəzi Rayon Məhkəməsi xüsusi prokuror Ço Eun-sukun vəsatəti əsasında Yuna qarşı yeni həbs qərarı çıxarıb. Məhkəmə qərarında göstərilib ki, Yunun sübutları saxtalaşdırmaq və istintaqa mane olmaq ehtimalı var. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, prezident səlahiyyətlərini qanunsuz tətbiq etmə və rəsmi sənədlərdə saxtakarlıqda ittiham olunur.
Xatırladaq ki, Yun Sok Yol bu ilin əvvəlində də həbs olunmuş, lakin mart ayında məhkəmənin qərarı ilə azadlığa buraxılmışdı.