RU

Ağdərədə partlayış: yaralı var - YENİLƏNİB

Ağdərədə minaya düşən 46 yaşlı kişi Bərdəyə göndərilib.
 
Moderator.az-ın xəbərinə görə, yaralı Q.Quliyevə Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilib qanaxma prosesi dayandırılıb. Daha sonra sol ayağın topuq nahiyəsindən ambutasiya olunması üçün Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
 
Hazırda yaralı Q.Quliyev əməliyyat masasına götürülüb.
 
Faktla bağlı araşdırma davam etdirilir.
 
09:31
 
Ağdərədə 46 yaşlı kişi minaya düşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yayıb.
 
Qeyd olunub ki, Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.
 
1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
 
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
 
09:26
 
Ağdərədə mina partlayışı olub.
 
Moderator.az xəbər verir ki, hadisə Ağdərə rayonu ərazisində qeydə alınıb.
 
Belə ki, Şıxarx qəsəbə sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu Həsənqaya ərazisində mal otararkən mina partlaması nəticəsində xəsarət alıb.
 
Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.
Избранный
45
25
moderator.az

10Источники