AZ

Ağdərədə 46 yaşlı kişi minaya düşüb

Sitat.info Teleqraf-ın Qarabağ bürosunun məlumatına istinadən xəbər verir ki, yaralı Q.Quliyevə Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilib qanaxma prosesi dayandırılıb. Daha sonra sol ayağın topuq nahiyəsindən ambutasiya olunması üçün Bərdə Diaqnostika Mərkəzinə göndərilib.

Hazırda yaralı Q.Quliyev əməliyyat masasına götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.

***

09:31

Ağdərədə 46 yaşlı kişi minaya düşüb.

Sitat.info Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yayıb.

Qeyd olunub ki, Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.

1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

 

Sitat.info

Seçilən
37
25
sitat.info

10Mənbələr