RU

“Araz-Naxçıvan” Türkiyə klubuna 14 cavabsız qol vurdu

Yeni mövsümə hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” bu gün ilk yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi yerli “Bayburtspor”la üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin 14:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarlz Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Kohen vurublar. Baş məşqçi Elmar Baxşıyev bu görüşdə meydana iki fərqli heyət buraxıb.

“Qırmızı-ağlar” iyulun 11-də “Alanyaspor”la, 17-də isə “Trabzonspor”la qarşılaşacaq.

Xatırladaq ki, “Araz-Naxçıvan” bu mövsüm Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Naxçıvan təmsilçisi bu turnirin 2-ci təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə ayın 31-də Salonikidə baş tutacaq.

Избранный
11
16
arena.az

10Источники