AZ

Azərbaycan klubu 14-0 hesabı ilə qalib gəldi

Türkiyədə təlim-məşq toplanışı çərçivəsində "Araz-Naxçıvan" bu gün ilk yoxlama oyununu keçirib. Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçisi yerli "Bayburtspor"la üz-üzə gəlib.Elmar Baxşıyevin komandası 14:0 hesabı ilə qələbə qazanıb. Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Kohen vurublar.Baş məşqçi Elmar Baxşıyev meydana iki fərqli heyət buraxıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" iyulun 11-də "Alanyaspor"la, ayın 17-də "Trabzonspor"la qarşılaşacaq.

Seçilən
17
5
metbuat.az

10Mənbələr