RU

“Mançester Siti”ni İtaliya klubuna dəyişə bilər

“Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Ceyms McAtee yay transfer dönəmində klubdan ayrılmağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, “şəhərlilər” 22 yaşlı futbolçunu 23–29 milyon avro qarşılığında satmağa hazırdır. İngilis futbolçunun xidmətində Bundesliqa, A Seriyası və Premyer Liqadan bir neçə klub maraqlıdır. Ən ciddi namizədlərdən biri isə İtaliyanın “Atalanta” klubudur. Bergamo təmsilçisi vəziyyəti yaxından izləyir və artıq futbolçunun agenti ilə ilkin əlaqədə saxlayıb.

2024/25 mövsümündə McAtee “Mançester Siti”nin heyətində bütün turnirlər üzrə 27 oyunda meydana çıxıb, 7 qola imza atıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Избранный
371
21
90deqiqe.az

10Источники