RU

Tramp bu ölkələrə qarşı gömrük rüsumları tətbiq etdi

Yazını böyüt
Yazını kiçilt

ABŞ avqustun 1-dən etibarən Qazaxıstandan idxal olunan mallara 25 faiz həcmində gömrük rüsumu tətbiq etmək qərarına gəlib.

Hafta.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp "Truth Social" platformasında bildirib. O, sosial şəbəkədə Qazaxıstan liderinin ünvanına olan məktubun mətnini paylaşıb. Qeyd olunur ki, Astana Vaşinqtona qarşı cavab rüsumları tətbiq etmək qərarına gəlsə, ABŞ Qazaxıstana münasibətdə tarif dərəcəsini artıracaq.

Bundan başqa, Tramp ölkəsinin avqustun 1-dən etibarən ABŞ bazarına idxal edilən bütün Yaponiya və Cənubi Koreya mallarına 25 faiz vahid tarif tətbiq edəcəyini açıqlayıb.

Tramp Yaponiya və Cənubi Koreya ilə sabit ticarət disbalansını ABŞ iqtisadiyyatı və milli təhlükəsizliyi üçün təhdid adlandırıb.

Eyni zamanda, ABŞ avqustun 1-dən Laos və Myanmadan idxal edilən bütün məhsullara 40 faiz, Cənubi Afrika Respublikasından (CAR) idxala 30 faiz, Malayziyadan gətirilən mallara isə 25 faiz rüsum tətbiq edəcək.

Bundan əlavə, ABŞ prezidenti bəyan edib ki, ölkə avqustun 1-dən Tunisdən idxal olunan bütün mallara 25 faiz, Bosniya və Herseqovidan idxala 30 faiz, İndoneziyadan idxala 32 faiz, Banqladeşdən idxala 35 faiz, Tailand və Kambociyadan idxala 36 faiz tarif tətbiq edəcək.

Избранный
51
15
hafta.az

10Источники