Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ 1 avqust 2025-ci ildən etibarən Braziliyadan gələn bütün mallara 50 faizlik idxal rüsumu tətbiq edəcək.
Bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.
"1 avqust 2025-ci ildən etibarən biz Braziliyadan Amerika Birləşmiş Ştatlarına göndərilən bütün mallara bütün sektoral rüsumlardan əlavə 50 faiz rüsum tətbiq edəcəyik", - o yazıb.
Daha əvvəl Tramp 12 ölkəyə 1 avqust 2025-ci ildən etibarən 25%-dən 40%-dək yeni idxal rüsumlarının tətbiq ediləcəyi barədə məlumat verib.
"Cebheinfo.az"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.