RU

Azərbaycanda hazırda anbarlardakı su ehtiyatının həcmi AÇIQLANIB

Bakı. Trend:

Hazırda ölkə ərazisində yerləşən əsas su anbarlarındakı suehtiyatının həcmi təxminən 19 milyard kub metrdən çox təşkiledir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət SuEhtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, bu göstərici cari dövr üçün su ehtiyatının idarəolunması baxımından ümumilikdə qənaətbəxş hesab olunur:

“Mövcud ehtiyat həm əhalinin içməli su ilə təminatı, həm də kəndtəsərrüfatı və digər sahələr üzrə suvarma tələbatının ödənilməsiüçün mühüm rol oynayır.

Qlobal iqlim dəyişiklikləri, transsərhəd çaylardan daxil olan suhəcminin azalması və yağıntı miqdarındakı dəyişiklik kimi faktorlarsu ehtiyatının davamlı və effektiv şəkildə idarə olunmasını zəruriedir.

Məhz bu səbəbdən ADSEA tərəfindən su ehtiyatının daha səmərəliidarə olunması, su itkilərinin qarşısının alınması və mövcudresursların qorunaraq gələcəyə saxlanılması məqsədilə müntəzəmtədbirlər həyata keçirilir”.

Qeyd edilir ki, eyni zamanda, su ehtiyatının möhkəmləndirilməsivə artırılması istiqamətində də alternativ mənbələrinaraşdırılması, mövcud infrastrukturun təkmilləşdirilməsi, müasirtexnologiyaların tətbiqi və beynəlxalq təcrübənin öyrənilərəktətbiqi kimi istiqamətlərdə də işlər davam etdirilir.

“Su ehtiyatlarının qorunması istiqamətində təkcə aidiyyətiqurumların deyil, cəmiyyətin hər bir üzvünün üzərinə də məsuliyyətdüşür və hər kəs sudan səmərəli və qənaətlə istifadə etməlidir”, -məlumatda vurğulanıb.

Избранный
43
50
az.trend.az

10Источники