Bakı.Trend:
Artıq bir neçə gündür ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılantəmir işləri ilə bağlı suyun verilişində problem yaşanır. Təmirişləri başa çatsa da, lakin bəzi ərazilərdə hələ də su təchizatındayaranan problem tam aradan qaldırılmayıb.
Bəs, görəsən, suyun verilməsi əvvəlki rejimlə nəvaxt tam bərpa olunacaq?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Trend-in sorğusuna cavabolaraq bildirilib ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmirişləri başa çatıb.
Qeyd edilir ki, kəmər vasitəsilə ötürülən su Bakı şəhəri vəAbşeron yarımadasının mərkəzi su anbarlarına dolmaqdadır.
"Xəttə aparılan təmir işləri ərzində mövcud, həmçinin ehtiyatanbarlardan istifadə nəticəsində suyun səviyyəsində ciddi azalmamüşahidə olunduğu üçün hazırda həmin anbarların doldurulmasıprosesi icra edilir. Hazırda bir çox ünvanlara əvvəlki rejimləsuyun verilməsi bərpa edilib. Digər abonentlərə də suyun ötürülməsimərhələli şəkildə həyata keçirilir", - qurumdan əlavə olunub.
Qeyd edək ki, iyunun 16-dan etibarən Oğuz-Qəbələ-Bakı sukəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeronyarımadasının əksər ərazilərinə su təchizatında müvəqqəti fasiləyaranıb.
ADSEA Oğuz-Qəbələ-Bakı su kəmərində işlər yekunlaşdıqdan sonrasuyun 20 iyun tarixindən əvvəlki rejimlə verilməsi bərpaolunacağını bildirib.