RU

Tesla üçün tam avtonom enerji doldurma stansiyası...

...Tesla Kaliforniyada elektrik şəbəkəsinə qoşulma tələb etməyən ilk tam avtonom enerji doldurma stansiyası olan Oasis Supercharger-ı istifadəyə verib.

SİA-nın məlumatına görə, Electrek xəbər verir ki, günəş panelləri və Megapack enerji saxlama sistemi sayəsində stansiya xarici enerji mənbələrindən asılı olmayaraq elektrik avtomobillərini enerji ilə doldura bilir.

Stansiyanın tikintisinə ötən il başlanılıb və hazırda 168 yükləmə postunun yarısı istifadəyə verilib.

Qalanları ilin sonuna kimi fəaliyyət göstərməlidir. Bütün enerji 11 MVt gücündə günəş elektrik stansiyasından gəlir və akkumulyator ehtiyatı 39 MVt-dır ki, bu da sürücülərə hətta gecə və ya buludlu havada da xidmət göstərməyə imkan verir.

Layihə öz miqyasına görə heyranedicidir: Tesla-nın dərc etdiyi fotolardan göründüyü kimi günəş panelləri əhəmiyyətli bir ərazini tutur.

Belə həcmlərlə stansiya təkcə Supercharger şəbəkəsində deyil, həm də dünyada avtonom enerji doldurma mərkəzləri arasında ən böyüklərindən biridir. Onun ambisiyasına baxmayaraq, layihənin iqtisadi məqsədəuyğunluğu hələ də qiymətləndirilməyib.

Bununla belə, Kaliforniya belə təcrübə üçün ideal yerdir: çoxlu sayda günəşli günlər, elektromobillərin yüksək sıxlığı və inkişaf etmiş infrastruktur uğurlu fəaliyyət üçün şərait yaradır.

Tesla indi enerji doldurma stansiyalarını müstəqil, ekoloji cəhətdən təmiz və gələcəyin dayanıqlı enerji obyektlərinə çevirərək bu cür “vahələri” qlobal strategiyasının bir hissəsinə çevirməyi planlaşdırır.

Nazlı Almuradova

Избранный
27
50
sia.az

10Источники