AZ

Azərbaycanın suveren kredit reytinqinin yüksəlməsi qeyri neft-qaz sektorunun inkişafına əsaslanır

“Moody’s” Beynəlxalq Reytinq Agentliyinin Azərbaycanın kredit reytinqini “Baa3” səviyyəsinə – investisiya kateqoriyasınadək yüksəltməsi, başlıca olaraq, qeyri neft-qaz sektorunun inkişafı, bu sahədən əldə olunan gəlirlərin sürətlə artması və dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılılığının əhəmiyyətli dərəcədə azalmasına əsaslanır.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun "X" səhifəsindəki paylaşımında deyilir.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və inkişafı sahəsində əldə edilən nailiyyətlər beynəlxalq səviyyədə bir daha öz təsdiqini tapır. Həyata keçirilən islahatlar ölkəmizdə makroiqtisadi sabitliyi və fiskal dayanıqlığı, iqtisadiyyatın şaxələnməsinin dərinləşməsini, işğaldan azad edilmiş ərazilərin sürətlə bərpasını və buradakı iqtisadi potensialın hərəkətə gətirilməsini təmin edir. Ölkəmizin dünyada və regionda strateji nəqliyyat habı kimi əhəmiyyətinin artması da sosial-iqtisadi faydaları və perspektivləri genişləndirir", - paylaşımda qeyd olunub.

Bildirilir ki, bank-maliyyə sektorunda və monetar sferada sistemli islahatların həyata keçirilməsi hesabına möhkəm sabitlik təməllərinin yaradılması, büdcə qaydalarının effektiv tətbiqi, iqtisadiyyatda şəffaflıq və hesabatlılığa əsaslanan köklü vergi islahatlarının həyata keçirilməsi, habelə dövlət satınalmalarının şəffaflaşdırılması və bu sahədə proseslərin rəqəmsallaşdırılma-sı fonunda strateji valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə böyüməsi Azərbaycanın qlobal reytinq göstəricilərini yüksəldən əsas məqamlardandır.

Makrofiskal dayanıqlığın güclənməsi amilləri ilə yanaşı, ölkə iqtisadiyyatında dayanıqlı inkişafın digər təməl şərtlərinin - investisiya və biznes mühitinin keyfiyyətinin daha da yüksəldilməsi xarici investorlar üçün cəlbediciliyi artırır, iqtisadi inkişaf perspektivlərini daha da gücləndirir və şaxələnməyə xidmət edən böyük investisiya layihələrinin həyata keçirilməsinə münbit zəmin yaradır.

Seçilən
5
50
ikisahil.az

10Mənbələr