AZ

BƏƏ-də yeni "qızıl vizalar" təqdim olunacaq

TON Foundation şirkəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "qızıl viza" proqramını işə saldığını elan edib.

Far.Az xəbər verir ki, bu proqram vasitəsilə Toncoin kriptovalyutasına sahib olan şəxslər 10 illik "qızıl viza" əldə edə biləcəklər.

Viza almaq üçün müraciət edən şəxsin azı 100 min dollar məbləğində investisiya yatırması və 35 min dollar xidmət haqqı ödəməsi tələb olunur. Viza ailə üzvlərinə də şamil ediləcək.

Sənədlərin rəsmiləşdirilməsi təxminən yeddi həftə çəkəcək. TON bu proqramı BƏƏ-dəki ənənəvi "qızıl vizaya" alternativ kimi təqdim edir. Çünki klassik qızıl viza üçün ən azı 540 min dollar dəyərində daşınmaz əmlaka və ya biznesə sərmayə qoyulması tələb olunur.

Seçilən
9
7
far.az

10Mənbələr