RU

Gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilər

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəs razılaşmasının gələn həftə əldə olunacağını gözləyir.

Moderator.az xəbər verir ki, bunu Amerika lideri Ağ Evin mətbuat xidmətinin əməkdaşları ilə görüşündə deyib.

"Gələn həftə Qəzza ilə bağlı razılaşma ola bilər", - Tramp söyləyib.

ABŞ Prezidenti HƏMAS hərəkatının Qəzza ilə bağlı son təklifə müsbət cavab verməsini alqışlayıb.

İyulun 2-də "Maan" xəbər agentliyi bildirib ki, Qəzza ilə bağlı yeni təklif 60 günlük atəşkəs, 10 girovun azad edilməsi, 18 ölü girovun cəsədlərinin İsrail tərəfinə təhvil verilməsi və İsrail ordusu birliklərinin Yufanı və Yufa şəhərləri arasında mühasirəyə alınmış cənubundakı “Moraq” xəttindən çıxarılmasını tələb edir.

Избранный
16
50
moderator.az

10Источники