AZ

HƏMAS atəşkəs təklifinə müsbət cavab verdi

HƏMAS atəşkəs təklifinə müsbət cavab verdi

HƏMAS Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı təklifi müsbət cavabla vasitəçilərə təqdim etdiyini və atəşkəsin həyata keçirilməsi üçün danışıqlara hazır olduğunu bəyan edib.

HƏMAS-ın yaydığı açıqlamada bildirilir ki, Qəzzada İsraillə atəşkəs və əsir mübadiləsinə dair təklifə Fələstinli siyasi qruplarla aparılan məsləhətləşmələr nəticəsində verilən müsbət cavab vasitəçilərə çatdırılıb.

Açıqlamada qeyd olunub ki, HƏMAS bu təklifi həyata keçirmək üçün dərhal ciddi danışıqlara başlamağa tam hazırdır.

Təl-Əvivdən HƏMAS-ın cavabına dair hələlik rəsmi açıqlama verilməyib.

Seçilən
1
4
afn.az

10Mənbələr