AZ

HƏMAS Qəzzada atəşkəs təklifinə müsbət cavab verib

HƏMAS

HƏMAS Qəzzada İsraillə atəşkəs və əsir mübadiləsi razılaşması ilə bağlı təklifə "müsbət cavab" verdiyini açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, HƏMAS yazılı açıqlamada Fələstinli siyasi qruplarla aparılan danışıqlar nəticəsində Qəzzada İsraillə atəşkəs və əsir mübadiləsi təklifinə 'müsbət cavab' verildiyini və bunun vasitəçilərə çatdırıldığını açıqlayıb. Bəyanatda, “Həmas vasitəçilərə müsbət cavab verib və bu təklifi həyata keçirmək üçün dərhal ciddi danışıqlar prosesinə girməyə tam hazırdır” deyilir.

ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzada 60 günlük atəşkəs üçün lazımi şərtləri qəbul etdiyini və atəşkəs danışıqlarında vasitəçilik edən Qətər və Misirin son təkliflərini Həmas-a çatdıracaqlarını bildirib.

Məryəm Quliyeva

Seçilən
2
17
xalqcebhesi.az

10Mənbələr