RU

Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır

Azərbaycanın beşillik qısa müddətdə azad edilmiş torpaqlarını misilsiz xalq birliyi ilə yenidən bərpa etməsi Şimali Kipri qürurlandırır. Qarabağ Azərbaycan, Azərbaycan Qarabağdır!

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, Şimali Kiprin dünyanın ən yaxşı 1000 universiteti arasında dörd ali təhsil müəssisəsi var:

"Bizim 154 ölkədən 121 min tələbəni qəbul edəcək potensialda təhsilimiz var. Ona görə də qardaş ölkə Azərbaycanla da bu istiqamətdə əməkdaşlıq edəcəyimizə ümidvaram".

Избранный
11
50
report.az

10Источники