RU

Azərbaycan karateçiləri dünya çempionatına vəsiqə şansını saxlayırlar

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan karateçiləri Misirin paytaxtı Qahirədə keçiriləcək dünya çempionatına vəsiqə üçün daha bir şans əldə edəcəklər.

İdman.biz xəbər verir ki, mundial ərəfəsində oktyabrın 17-19-da Parisdə təsnifat turniri keçiriləcək və burada mövsümün əsas yarışına son vəsiqələr sahiblərini tapacaq.

Azərbaycan komandası məhz Fransa paytaxtında dünya çempionatına bir neçə vəsiqə qazanmağa ümid edir.

Hazırda karateçilərimizdən yalnız İrina Zaretska (68 kq) dünya çempionu kimi dünya çempionatına qatılmağı təmin edib.

Əvvəlki illərlə müqayisədə dünya çempionatına seçimdə dəyişikliklər edilib. Yarışa reytinq və qitə çempionatları vasitəsilə seçilmək mümkündür. Lakin builki Avropa çempionatı Yerevanda keçirildiyi üçün Azərbaycan komandası həmin turnirdə çıxış etməyib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 27-30-da keçiriləcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
50
icma.az

10Источники