AZ

Hərbçilərə malikanə tikdirən polkovnik həbs olundu

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çelyabinsk vilayətində Rusiya Fövqəladə Hallar Nazirliyinin təlim-xilasetmə mərkəzinin rəisi, polkovnik Andrey Skulditski saxlanılıb.

"Unikal" xəbər verir ki, polkovnikin saxlanılması Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları və hərbi müstəntiqlər tərəfindən həyata keçirilib. Polkovnik həbs edilib.

O, şəxsi malikanəsinin tikintisində tabeliyində olan şəxslərdən (müqaviləli hərbi qulluqçulardan) istifadə etməkdə şübhəli bilinir. Skulditskini vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə 10 ilədək həbs cəzası gözləyir.

Skulditski, həmçinin, müavinlərinin iştirakçısı olduğu korrupsiya sxemini təşkil etməkdə şübhəli bilinir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
37
unikal.az

10Mənbələr